Əfsanəvi futbolçu danışdı: "Messi ilə heç kimi müqayisə etmək olmaz"

20:00 2 Fevral 2015

“Messinin oyunçu keyfiyyətindən danışmaq əbəsdi. Onsuz da, hamı onun dahi futbolçu olduğunu yaxşı bilir”.

Sportarena.az xəbər verir ki, bu sözlər İngiltərə yığmasının keçmiş üzvü Hari Linekerə məxsusdu.

1986-89-cu illərdə “Barselona”nın formasını geyinmiş əfsanəvi futbolçu sabiq komandasının hazırkı durumundan danışıb. O, Messi ilə yeni transfer Luis Suaresi müqayisə edib: “Messi ilə heç kimi müqayisə etmək olmaz. Onun fonunda Suares babat oyun göstərir. Məncə, bu cümlə Leonun necə oyunçu olduğunu açıq şəkildə başa salır. Suares Messinin yanında özünü rahat hiss edə bilər”.

Qeyd edək ki, 1984-92-ci illərdə İngiltərə yığmasının şərəfini qorumuş Lineker millinin heyətində 80 oyunda 48 qol vurub. 

 


Digər xəbərlər

Xəbər xətti