Ulduz futbolçu Zlatan İbrahimoviç yenə diqqət mərkəzinə düşüb.
Sportarena.az xəbər verir ki, İbra Fransa Liqa-1-in 23-cü turunun "Renn"lə matçından sonra (1:0) jurnalistlərdən biriylə maraqlı dialoqa girib.
Jurnalistin ünvanladığı sual onun xoşuna gəlməyib. O, sualları özünəməxsus şəkildə cavablandırıb:
-Jurnalist: Çoxu sizi Edinson Kavaniylə yola getmədiyinizi yazır...
- İbrahimoviç: İnsanlar, yoxsa siz?
- Jurnalist: Jurnalistlər.
- İbrahimoviç: İnsanlar, yoxsa siz?
- Jurnalist: İnsanlardan eşitmişəm. Həqiqətən də, Edinsonla münasibətiniz yaxşı deyil?
- İbrahimoviç: Deyəsən, siz bunu məndən yaxşı bilirsiniz...
- Jurnalist: Yox, mən bilmirəm.
- İbrahimoviç: Bəs bilmədiyiniz şeyi necə yazırsınız?
- Jurnalist: Mən sizdən cavab gözləyirəm...
- İbrahimoviç: Siz hələ də bu barədə danışırsınız? Mən haradan bilim?
- Jurnalist: PSJ-yə gələndən çox sayda qollar vurursunuz. Amma Kavani meydana daxil olandan sonra nədənsə ondan ötürmə istəmirsiz.
- İbrahimoviç: Siz futbolu məndən yaxşı bilirsiniz?
- Jurnalist: Yox.
- İbrahimoviç: O zaman niyə bu barədə danışırsınız?
- Jurnalist: Bu, mənim işimdi. Bunu sizdən soruşmalıyam.
- İbrahimoviç: Siz jurnalistsiz, yoxsa operator?
- Jurnalist: Jurnalist.
- İbrahimoviç: Bəs niyə kamerayla çəkə-çəkə danışırsınız? Axı sizin operatorunuz olmalıdır.
- Jurnalist: Rəhbərlik belə istəyir.
- İbrahimoviç: Deməli, maddi vəziyyətiniz yaxşı deyil.
- Jurnalist: Bəli.
İbrahimoviç daha sonra Kavaniylə arasında heç bir problemin olmadığını vurğulayıb.
Xatırladaq ki, "Renn"lə oyunun gedişində İbra baş hakimə qarşı hörmətsizlik etmişdi. İsveç millisinin üzvü referinin onu yanına çağırmasına məhəl qoymamışdı. Çıxılmaz vəziyyətdə qalan hakim özü İbraya yaxınlaşaraq, ona şifahi xəbərdarlıq etmişdi.