Andre Şürle rəsmən Bundesliqa klubunda

23:09 2 Fevral 2015

Almaniyanın "Volsburq" klubu heyətini gücləndirib.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, daha əvvəl Bundesliqada "Maynts" və "Bayer" kimi klubların şərəfini qoruyan Andre Şürle "Volsburq"a transfer olunub. Hücumçu yeni komandası ilə 4,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Şürle "Çelsi"nin heyətində bu mövsüm çıxdığı 21 matçda 4 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti