“Xəzər-Lənkəran” 3 futbolçu ilə vidalaşdı

11:43 3 Fevral 2015

“Xəzər Lənkəran” 3 futbolçu ilə yollarını rəsmən ayırıb.

Sportarena.az xəbər verir ki, komandadan ayrılan braziliyalılar Vanderson Skarduelli, Tyeqo de Xesus və Fernando Qabriellə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bu oyunçular bir müddət əvvəl komandanı tərk etsə də, müqavilə ilə kluba məxsus idi. Tyeqo və Fernando ötən ay transferə çıxarılsa da, sonda onlarla müqaviləyə xitam verilməsi qərara alınıb.

Qeyd edək ki, Vanderson 76, Tyeqo 33, Fernando 12 rəsmi matçda komandanın formasını geyib. Bu qarşılaşmalarda Qabriel 3, Xesus 2 qol vurub.

 


Digər xəbərlər

Xəbər xətti