"Metallist"in futbolçusu danışdı: “Qəbələ”yə keçsəydim, daha çox pul qazanardım”

12:00 3 Fevral 2015

“Karyeramı “Qəbələ”də davam etdirə bilərdim. Roman Qriqorçukla dekabrın sonlarında danışmışdıq. Seçimimi başqa cür etdim. Qriqorçuk məni anlayışla qarşıladı və qərarımı dəstəklədi”.

 Sportarena.az xəbər verir ki, bu sözləri Ukraynanın “Metallist” klubunun yeni transferi Kirill Kovalçuk deyib.

 Adı “Qəbələ” ilə birgə hallanan, ancaq “Çernomorets”i “Metallist”ə dəyişən 28 yaşlı futbolçu ölkəsinin mətbuatına geniş müsahibə verib. Maraqlı fikirlər səsləndirən Kovalçuk onun üçün karyeranın puldan daha önəmli olduğunu bildirib: “Qriqorçukla münasibətimiz əvvəlki kimi qalıb. Mənim üçün əsas odu ki, millidə oynayım. Razıyam, “Qəbələ”yə keçsəydim, daha çox pul qazanardım. Ancaq mənim üçün pul əsas deyil. “Çernomorets”də maaşımın 2 dəfə azaldılmasına da razı idim. Odu ki, qərarımın üstündə dururam və buna görə cavab verməyə hazıram”.

 Qeyd edək ki, “Qəbələ” qış fasiləsində “Çernomorets”dən Dmitri Bezotosnı, Aleksey Qay, Ruslan Fomin və Mixail Sivakovu transfer etsə də, Kovalçuku heyətinə qata bilməmişdi. 


Digər xəbərlər

Xəbər xətti