8 yaşlı uşaq Messi ilə görüşünə 1 saat qalmış öldü

10:45 3 Fevral 2015

 8 yaşlı uşaq kumiri-məşhur futbolçu Lionel Messi ilə görüşünə 1 saat qalmış vəfat edib. 
 

Sportarena.az lenta.ru-ya istinadən xəbər verir ki, Kosta-Rikadan olan Qabriel adlı uşaq mədə xərçəngindən əziyyət çəkirmiş. Onun soz arzusu Messini görmək olsa da, Qabriel bu istəyinə 1 saat qalmış ölüb. 

Onun yaxınları “Barselona” ilə danışıqlar apararaq, uşağın İspaniyaya uçuşunu təşkil ediblər. Görüş “Villareal”la oyundan 1 saat əvvəl baş tutmalı idi. Amma Qabriel Madrid-Barselona reysi ilə gələn təyyarənin enişindən əvvəl gözlərini əbədi yumub.  

Bu hadisə ilə bağlı komanda mərhumun ailəsinə başsağlığı verib və oğlanın meyitinin ölkəsinə aparılması xərclərini üzərinə götürüb. 

Messi özü məsələyə münasibət bildirməsə də, onun həmin gün komandanın məşqlərinə qatılmadığı deyilir. 


Digər xəbərlər

Xəbər xətti