ŞOK: Türkiyə futbolunda hahim oyun alqı-satqısında ittiham olundu

13:00 3 Fevral 2015

Müstəqil Bursasporlular Dərnəyi “Qalatasaray” – “Bursaspor” oyununun baş hakimi Fırat Aydınusu məhkəməyə verib.

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb oyunun zamanı epizodların birində baş hakimin “Qalatasaray”lı futbolçu Felipe Meloya ikinci sarı vərəqə, dolayısı ilə qırmızı vərəqə göstərməməsi olub.

Dərnəyin vəkili Cüneyt Özkan bildirib ki, hakim haqqında vəzifəsinə məsuliyətsiz yanaşdığı, oyunçunu qəsdən cəzalandırmaqdan imtina etdiyi və vəzifəsini yerinə yetirməkdən imtina etdiyi üçün şikayətçi olublar.

Şikayət mətninə baş tutmuş oyunun görüntülərini də əlavə etdiklərini bildirən Özkan “İdmanda şiddət və uyğunsuzluqların qarşısının alınması” qanununun 11-ci maddəsinə görə hərəkət edəcəklərini bildirib. Bu maddə isə oyunun nəticəsinin qəsdi dəyişdirilməsi və oyun alqı-satqısı haqqında olan maddədir.

Bundan əlavə Türkiyə Mərkəzi Hakimlər Komitəsi və Türkiyə Futbol Federasiyası da suça şərik olmaqda ittiham edilir.

Vəkil bildirib ki, tələbnamədə Fırat Aydınusun futbolda mərc oyunları mafiyası ilə əlaqəsinin olub-olmaması ilə bağlı da araşdırlıma aparılmasını qeyd ediblər.

 


Digər xəbərlər

Xəbər xətti