Bakı “İnter”i Stankoviçi gətirir

13:16 3 Fevral 2015

Bakı “İnter”i daha bir futbolçunu heyətinə qata bilər.

Sportarena.az xəbər verir ki, bunu Serbiya millisinin sabiq futbolçusu Vojislav Stankoviç açıqlayıb.

Bunadək Belqrad “Partizan”ında forma geyinən 28 yaşlı müdafiəçi bildirib ki, karyerasını Azərbaycanda davam etdirəcək: “Partizan”da qalmaq variantım da var idi. Lakin “İnter”dən də təklif gəldi. Mən də bunu qəbul etdim. Azərbaycan klubu məni Avropa Liqasında bəyənib. Onlar Belqrad təmsilçisi ilə əlaqə saxlayıb, mənimlə maraqlanmışdılar. Bir neçə gün öncə bir futbol agenti “İnter”ə keçmək istəyib-istəmədəyimi soruşdu. Mən də düşündüm ki, legioner həyatı yaşamağın vaxtı çatıb. Bu üzdən də “İnter”ə keçməyə razılıq verdim”.

Qeyd edək ki, əvvəllər “Dinamo” (Vranye) və OFK-da oynamış Stankoviç 2009-14-cü illərdə “Partizan”da çıxış edib.

 


Digər xəbərlər

Xəbər xətti