Olimpiya çempionunun evi yandı - VİDEO

14:29 3 Fevral 2015

Yunan-Roma güləşi üzrə 3 qat olimpiya çempionu, Rusiya Dövlət Dumasının deputatı Aleksandr Karelinin bağ evində yanğın baş verib.

Sportarena.az "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, yanğını Altay Respublikasının Çemal rayonunun Elekmonar kəndi sakinlərindən biri sosial şəbəkədə yerləşdirib. 

Şahidlər bildirir ki, yanğın yeməkxanada baş verib. Karelin bu evdə ildə bir neçə dəfə olur. Altay polisi hələlik hadisəyə şərh verməyib. 

Qeyd edək ki, Aleksandr Karelin olimpiya çempionluqlarından əlavə, 9 dəfə dünyanın, 12 dəfə Avropanın ən güclüsü, 2 dəfə Rusiyanın ən yaxşı idmançısı olub. Karelin idmançı karyerası ərzində 887 görüşə çıxıb və cəmi 2 dəfə uduzub. Məşhur güləşçi 1997-ci ildə Rusiya Federasiyası Qəhrəmanı fəxri adına layiq görülüb. 

 

 


Digər xəbərlər

Xəbər xətti