“Qranada” Eddi İsrafilovu millinin toplanışına buraxmır

13:57 3 Fevral 2015

Azərbaycan millisində oynamağa razılıq verən Eddi İsrafilov yığmamızın bu ay Antalyada keçəcəyi təlim-məşq toplanışına qatılmayacaq.

Sportarena.az xəbər verir ki, Robert Prosineçki onu ən tez halda, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində gələn ay Malta ilə keçiriləcək oyuna çağıra bilər.  

Məsələ burasındadı ki, FİFA-nın reqlamentində yığma komandaların fevralda təlim-məşq toplanışı keçmələri nəzərdə tutulmayıb. Buna görə də, “Qranada” rəhbərliyi gənc futbolçuya 20-26 fevral tarixlərində Azərbaycan millisinin düşərgəsinə qoşulmağa icazə verməyib. İspaniya təmsilçisi La Liqadakı vacib oyunlara görə, İsrafilovun komandada qalmasını tələb edib.

Qeyd edək ki, fevralın 23-də “Levante” ilə qarşılaşacaq “Qranada” 5 gün sonra “Barselona” ilə çətin oyuna çıxacaq.

 


Digər xəbərlər

Xəbər xətti