Şotlandiya millisi AFFA-dan pul tələb edir

17:29 3 Fevral 2015

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində iyunda Norveçin qonağı olacaq yığma komandamız bundan öncə bir yoxlama görüşü keçirmək niyyətindədi.

Sportarena.az xəbər verir ki, Şotlandiya ilə həmin ayın əvvəli keçirilməsi nəzərdə tutulan qarşılaşma baş tutmaya bilər.

AFFA-nın baş katibi Elxan Məmmədov əməkdaşımızla söhbətdə şotlandlarla heç cür razılıq əldə edə bilmədiklərini vurğulayıb: “Şotlandiya ilə oyun böyük ehtimalla keçirilməyəcək. Problem yayımla bağlıdı. Çünki şotlandların şərti belədi ki, oyun mütləq canlı yayımlanmalıdı və yayım üçün də çox pul tələb edirlər. Mən inanmıram ki, bizim hansısa televiziya kanalı həmin məbləği ödəməyə razı olsun”.

Qeyd edək ki, yığmamız iyunun 12-də Norveçlə seçmə mərhələ matçında üz-üzə gələcək.

 

 


Digər xəbərlər

Xəbər xətti