İspaniya prokurorluğu “Barselona” klubunun Neymarın transferində saxtakarlığa yol verdiyi qənaətinə gəlib.
Sportarena.az xəbər verir ki, prokurorluğun apardığı araşdırmalar nəticəsində katalonların braziliyalı futbolçunun transferinə açıqladıqları kimi, 57 milyon yox, 95 milyon avro ödədiyi məlum olub.
Bundan sonra prokurorluq “Barselona”nın sabiq və yeni prezidentləri – Sandro Rosell və Xosep Bartomeunun mühakiməsini tələb edib.
Prokurorluğun hazırladığı raportda Kataloniya təmsilçisinin təxminən 12 milyon avro məbləğində vergidən yayındığı qeyd olunub.
Xatırladaq ki, Neymar “Barselona”ya 2013-cü ildə “Santos”dan transfer edilib. O, “Barsa”nın tərkibində 44 oyuna çıxıb, aktivinə 24 qol yazdırıb.