Elxan Məmmədov: "Bizim istəyimiz fərqlidir"

17:51 3 Fevral 2015

“Antalyada hansısa klubla deyil, milli komanda ilə yoxlama görüşü keçirməsinin tərəfdarıyıq. Düzdü, bəzi klublardan təklif almışıq, ancaq bizim istəyimiz fərqlidi”.

Sportarena.az xəbər verir ki, bu sözləri apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov deyib. 

O, fevralın 20-dən 26-dək Antalyada təlim-məşq toplanışında olacaq yığma komandamızın potensial rəqiblərindən üçünün adını açıqlayıb: “Hazırda 3 ölkənin futbol federasiyası ilə danışıq aparırıq. Bunlar İordaniya, Yəmən və Moldovadı. Bu yığmalardan hansı ilə razılıq əldə etsək, millimiz onunla qarşılaşacaq. Ancaq baş məşqçi Robert Prosineçki bizim qarşımıza həmin vaxt mütləq yoxlama görüşü olmalıdı tələbi qoymayıb. Komandamız, ümumiyyətlə, Antalyada oyun keçirməyə də bilər. Bir çox yığmadan analoji təklif alsaq da, həmin komandalar Dubayda olacaqları üçün danışıq aparmağa ehtiyac duymamışıq”.

 Qeyd edək ki, milli komandamızın potensial rəqibləri arasında Rusiya klubları “Terek” və ya “Krasnodar”ın adı hallanırdı.

 


Digər xəbərlər

Xəbər xətti