Donetsk “Şaxtyor”unun hücumçusu Luiz Adriano mövsümün sonunda Ukraynanı tərk edəcək.
Sportarena.az xəbər verir ki, Avropada “Milan”, “İnter” və “Valensiya” kimi nəhəng klubların maraq dairəsində olan ulduz futbolçu karyerasını Türkiyədə davam etdirmək qərarına gəlib.
Türkiyə mətbuatının yaydığı məlumata görə, ilk hədəfi Edin Dzeko olan “Fənərbaxça” bosniyalıdan “yox” cavabı alınca, Luiz Adriano ilə danışığa başlayıb. Türklərin təklifi “sambaçı”nın ürəyincə olub və 27 yaşlı forvard bu keçidə razılıq verib.
Qeyd edək ki, Braziliya millisinin üzvü UEFA Çempionlar Liqasının cari mövsümündə 9 qola imza atıb və hazırda bombardirlər yarışına başçılıq edir. Luiz Adriano BATE ilə qarşılaşmada 5 dəfə fərqlənərək, Lionel Messiyə məxsus ÇL-in bir matçında ən çox qol vuran futbolçu ünvanına şərik olub.