Adı oyun alqı-satqısında hallanan yığma baş məşqçisi qovuldu

19:42 3 Fevral 2015

Yaponiya millisinin baş məşqçisi Xavier Agirre postundan qovulub.

Sportarena.az xəbər verir ki, buna səbəb Agirrenin "Saraqosa"da işləyərkən oyun alqı-satqısında iştirak etməsidir.

"Hesab etdik ki, bu məsələ DÇ-2018 ərəfəsində milli komandaya mınfi təsir göstərə bilər. Buna görə də, Agirre ilə müqaviləyə xitam vermək qərarına gəldik", - deyə Yaponiya Futbol Federasiyasının prezidenti Kuniya Dayni bildirib.

Agirre Yaponiya millisinə 2014-cü ildə gətirilmişdi. Onun illik məvacibi 2.45 milyon ABŞ dolları idi.

Xatırladaq ki, Yaponiya yığması bu il keçirilən Asiya kubokunda iştirakını 1/4 final mərhələsində dayandırıb.


Digər xəbərlər

Xəbər xətti