İngiltərənin "Liverpul" klubu Filipe Koutinyo ilə müqaviləsini yeniləyib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən futbolçu 2020-ci ilə qədər Liverpul təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, braziliyalı futbolçu iki il öncə 8,5 milyon avro qarşılığında "İnter"dən "Liverpul"a transfer olunub.