“Çempionata hazırlıq prosesini yaxşı başa vurduq. Ancaq buna baxmayaraq, yenə də çatışmazlıqlar var. Hər zaman qeyd etmişəm ki, fasilədən sonra komanda optimal vəziyyətə düşmək üçün çempionatda 3-4 tur oynamalıdır”.
Sportarena.az xəbər verir ki, bu sözləri qol.az-a “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Antlayadakı təlim-məşq toplanışını dəyərləndirərkən deyib.
O, Azərbaycan Premyer Liqasının 20-cu turunda "Bakı"ya qarşı keçirəcəkləri matç haqda da danışıb:
"Qarşıda bizi çətin oyun gözləyir. “Bakı” ilk yarıda onlarla oynadığımız hər iki matçda bizi çətinlik yaradıb. Hətta bərabərə qaldığımız ilk görüşdə məğlub da ola bilərdik”.
Q.Qurbanov qış transferi pəncərəsində futbolçu almamalarının səbəbindən də bəhs edib. Bildirib ki, iki futbolçunu transfer etmək istəsələr də, onları klubları ilə anlaşmayıblar:
“Çox istəyirəm ki, komandaya yeni futbolçular cəlb edək. Nə qədər çalışsaq da, bu, baş tutmadı. İki oyunçu ilə razılığa gəldik. Amma onların klubları ilə anlaşa bilmədik. Komandada hər zaman müxtəlif mövqelərdə futbolçuya ehtiyac duyulur. Biz də çox istəyirdik ki, hücumçu və yarımmüdafiəçi alaq”.