Londonun "Tottenhem" klubunun prezidenti Daniel Levi futbolçusu Emanuel Adebayorun komandadan ayrılmağına əngəl olub.
Sportarena.az xəbər verir ki, toqolu hücumçu "Vest Hem" klubu ilə artıq razılığa gəlmişdi. Lakin komanda rəhbəri futbolçunun "Vest Hem"ə keçəcəyi tədqirdə prinspial rəqibinin güclənəcəyindən ehtiyat edib. Bu iddia ada mətbuatını zəbt edib.
Bundan qabaq da bu tip qərarlar verən Levi Adebayoru mövsüm sonuna qədər klubda saxlayıb.