“Əgər bu mövsüm çempion olsaq, tərəfdarlarımızı İstanbulun Sultan Əhməd məscidində gözləyirəm”.
Sportarena.az xəbər verir ki, bu sözləri Türkiyənin “Beşiktaş” klubunun seneqallı ulduz futbolçusu Demba Ba mətbuata açıqlamasında bildirib. Gələcək oyunlar haqqında danışan futbolçu komandanın azarkeşlərinə səslənib: “Çempionluq yolunda ən böyük üstünlüyümüz komandanın oyun və oyunçu keyfiyyətinin olmasıdır. Slaven Biliç məncə, liqanın ən yaxşı baş məşqçisidir.
Əgər bu mövsüm çempion olsaq, tərəfdarlarımızı İstanbulun Sultanəhməd məscidində gözləyirəm. Xüsusilə sübh namazında. Biz o qədər əziyyətlə çempion olduqdan sonra onlar da bir səhər erkən qalxsın!”.