Stolüstü tennis üzrə beynəlxalq Top-16 turniri ilk dəfə olaraq Azərbaycan paytaxtında keçirləcək.
Sportarena.az xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasından Publika.az-a verilən məlumata görə fevralın 6-da başlanacaq turnirlə əlaqədar Avropa Stolüstü Tennis İttifaqının nümayəndəsi Roman Plese Bakıya gəlib.
Cənab Plese bildirib ki, 1971-ci ildən keçirilən bu turnir indiyədək Top-12 adlandırılırdı.
Onun sözlərinə görə, turnirdə Avropanın 17 ölkəsindən 34 idmançı iştirak edəcək.