Azərbaycan Premyer Liqasının XX turunda “Xəzər Lənkəran”la qarşılaşacaq “İnter” səfər oyununa itki ilə çıxacaq.
Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi qarşılaşmaya Yohan Bokonyanosuz çıxacaq.
Buna səbəb legionerin cəzalı duruma düşməsidi. Ötən turun “Sumqayıt”la ev oyununda (0:0) sarı vərəqə alan fransalı müdafiəçi mövsümdə 4-cü dəfə xəbərdarlıqla cəzalanıb. Bu da onun qarşıdakı turda meydana çıxmasına “qırmızı işıq” yandırıb. Ardınca isə Yohan ikinci uğursuzluğunu yamayıb. O, komandasına 3 xal gətirə biləcək penaltini qaçırıb.
Qeyd edək ki, bu oyunadək 3 sarı vərəqə alan Bokonyano 2014-cü il avqustun 10-da və dekabrın 21-də “Qəbələ”yə qarşı keçirilən oyunlarda, həmçinin “Neftçi” ilə dekabrın 18-də baş tutan görüşdə sarı vərəqə alıb.