"Liverpul" İngiltərədən Avstraliyaya gedir

13:39 4 Fevral 2015

"Liverpul" növbəti mövsümə hazırlıq çərçivəsində Avstraliyada yoldaşlıq oyunları keçirəcəyini elan edib.

Sportarena.az xəbər verir ki, iyulun 17-də komanda "Brisben Roar", 20-də isə "Adelayda Yunayted"lə qarşılaşacaq.

"Biz 2 il əvvəl Avstraliyaya yollandıq və yerli azarkeşlərin gözəl dəstəyini müşahidə etdik. Avstraliyada Liverpulun 600 mindən artıq fanatı var. Biz də onlarla görüşməyi arzulayırıq. Nə qədər çox olsalar , bir o qədər yaxşıdır", – deyə klubun icraçı direktoru İen Eyr bildirib.


Digər xəbərlər

Xəbər xətti