İkinci dövrəyə hazırlaşan "Zirə" daha bir futbolçusu ilə yollarını ayırıb.
Sportarena.az хəbər verir ki, I divizion klubunu Roman Kikalişvili komandanı tərk edib.
Gürcü yarımmüdafiəçi klubla müqaviləsini pozaraq vətəninə yollanıb. 24 yaşlı futbolçu maliyyə məsələlərində rəhbərliklə anlaşa bilməyib.
Qeyd edək ki, Roman Kikalişvili "Zirə"dən əvvəl Gürcüstanın "Merani" və "Algeti" klublarında çıхış edib.