Çumbinyo nə vaxt oynayacaq?

12:54 4 Fevral 2015

Qış fasiləsindən sonra həftəsonu ilk rəsmi oyununa çıxacaq “Qarabağ” “Bakı” ilə fevralın 7-dəki matça yalnız bir itki ilə hazırlaşır.

Sportarena.az xəbər verir ki, uzun müddətdi zədədən əziyyət çəkən Çumbinyo istisna olmaqla, bütün futbolçular məşqdə iştirak edir.

Hazırda ölkəsi Braziliyada müalicə olunan “sambaçı” artıq bu ayın sonunda Azərbaycana qayıdacaq. Həmin vaxt tibbi müayinədən keçəcək Çumbinyo daha sonra fərdi məşqlərə başlayacaq. Lakin ağır zədədən döndüyü üçün onun bərpa dövrünün uzun sürməsi gözlənilir. 29 yaşlı yarımmüdafiəçi ən yaxşı halda martın ikinci yarısında komandaya qoşula biləcək ki, bu da mövsümün sonlarına təsadüf edir. Onun aprelin ilk günlərində “İnter”lə keçiriləcək XXVII tur matçından etibarən komandaya kömək etməsi gözlənilir.

Qeyd edək ki, Çumbinyo Avropa Liqasının qrup mərhələsi çərçivəsində ötən ilin sentyabrında “Sent-Etyen”lə oyunda dizindən zədələnmişdi.

 


Digər xəbərlər

Xəbər xətti