"Fənərbağ"çanın oyununda ara qarışdı: "Trabzonspor" fanatı stadionda öz klubunun bayrağını asdı

14:51 4 Fevral 2015

Ziraat Türkiyə kubokunda baş tutan “Fənərbaxça” – “Bayburt” oyununda xoşagəlməz hadisələr baş verib.

Sportarena.az xəbər verir ki, “Şükrü Saracaoğlu” stadionunda keçirilən matçda rəqib komandanın azarkeşləri arasında meydana daxil olan “Trabzonspor” klubunun fanatı aranı qarışdırıb. 

O, İstiqlal marşı oxunan zaman stadionda öz komandasının bayrağını asıb. Təhlükəsizlik əməkdaşları bu problemi aradan qaldırıb və həmin azarkeşi stadiondan uzaqlaşdırıb. Lakin buna əsəbləşən meydan sahiblərinin tərəfdarları ilə rəqib komandanın azarkeşləri arasında gərginlik yaşanıb. Hətta tərəflər bir-birinə yandırıcı maddələr atıblar. Polis hadisəyə müdaxilə edib aranı sakitləşdirsə də, bir “Qalatasaray” fanatı yenidən gərginlik yaranmasına səbəb olub. 

“Bayburt” komandasının adına bilet alan “Cim-Bom” tərəfdarı stadiona girəndən sonra öz klubunun formasını geyinib. Bundan yenidən aranı qızışdırıb. Lakin təhlükəsizlik əməkdaşlarının müdaxiləsi nəticəsində tərəflərin dava etməsinə imkan verilməyib.


Digər xəbərlər

Xəbər xətti