Almaniya Bundesliqasının XIX turunda “Bavariya” doğma meydanda “Şalke”ni qəbul edib.
Sportarena.az xəbər verir ki, matçın ən maraqlı anı meydan sahibləri qol vuran zaman baş verib.
Belə ki, “Bavariya” 17-ci dəqiqədə Boatenqin qırmızı vərəqə almasına görə azlıqda qalsa da, 67-ci dəqiqədə hesabda önə keçib. Komandanın baş məşqçisi Pep Qvardiola isə qolun sevincini dördüncü hakimlə qeyd edib. Həmin görüntünü təqdim edirik.