“Çelsi”nin heyətində istədiyim qədər oynamaq imkanı qazanmırdım. Buna görə də, komandamı dəyişmək qərarına gəldim”.
Sportarena.az xəbər verir ki, bu sözlər Almaniyanın “Volfsburq” klubunun yeni transferi Andre Şürrleyə məxsusdu.
“Çelsi”dən ayrılaraq, Bundesliqa təmsilçisi ilə anlaşan 25 yaşlı yarımmüdafiəçi bununla bağlı açıqlama verib. Almaniya yığmasının üzvü vətənə qayıdışını sırf oyun praktikasını artırmaq istəyi ilə əlaqələndirib: “Əvvəlcə “Çelsi”də qalmaq haqda düşünürdüm. Lakin sonradan başa düşdüm ki, nəyisə dəyişməliyəm. Əfsuslar olsun ki, son vaxtlar “Çelsi”də az oynayırdım. Bu isə məni narahat edirdi. Daha çox oyun praktikası əldə etmək üçün “Volfsburq”un təklifini qəbul etdim”.