Ukraynalı futbolçular Rusiya ilə müharibəyə hazırlaşır

20:33 4 Fevral 2015

Kiyev "Dinamo"sunun prezidenti İqor Surkis futbolçularının müharibəyə getməyə hazır olduqlarını bildirib.

Sportarena.az xəbər verir ki, Rusiya qoşunlarının təcavüzünə qarşı ayağa qalxan Ukrayna qoşunlarında paytaxt klubunun futbolçuları da peyda ola bilərlər.

Surkis hərbi komissarlıqdan hansısa futbolçularına çağırış gələcəyi təqdirdə qanun çərçivəsində hərəkət edəcəklərini bildirib: "Ukraynalı futbolçularımızın hər biri Vətəni qorumağa hazırdı və lazım gələrsə, hər biri döyüşə gedəcək. Ancaq hesab edirəm ki, futbolçular özlərinə aid sülh missiyalarını yerinə yetirməlidirlər. Onlar oynayıb azarkeşlərə əmin-amanlığın yaranacağına ümid verməlidirlər".

 


Digər xəbərlər

Xəbər xətti