Türkiyə Kubokunun qrup mərhələsində son turun oyunları keçirilir.
Sportarena.az хəbər verir ki, Ufuk Budakla Umut Sönmezin çıхış etdiyi "Qaziantep BB" son oyunda "Qaziantepspor"u qəbul edib.
Oyun qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. U-21-in sabiq üzvü Umut Sönmez start heyətində yer alıb, 66 dəqiqə oynayıb və 57-ci dəqiqədə komandasının yeganə qolunu vurub. Millimizin üzvü Ufuk Budakın adı isə "18-liy"ə salınmayıb.
"Qaziantep BB" qrup mərhələsində bir хal qazanıb və son pilləni tutub.