FİFA paytaxt təmsilçisini cəzalandırdı

22:26 4 Fevral 2015

Londonun "Vest Hem" klubu FİFA tərəfindən cəzalanıb.

Sportarena.az xəbər verir ki, dünya futbol qurumu "Vest Hem"i 100 min frank məbləğində pul ilə cərimələyib. Buna səbəb isə afrikalı futbolçu Diafra Saxo olub. Belə ki, seneqallı oyunçu Afrika çempionatında millisinin düşərgəsinə yollanmaqdan imtina edib. 

Zədəli olduğunu bəhanə edən Saxo İngiltərə kubokunda "Bristol" ilə matça çıxıb. FİFA qaydalarına görə isə milliyə çağrılan futbolçu klub heyətində oyuna çıxa bilməz.

 


Digər xəbərlər

Xəbər xətti