Şahmatçılarımız “Moskva Open 2015” festivalında uğurla çıxış edirlər

23:02 4 Fevral 2015

Ənənəvi “Moskva Open 2015” beynəlxalq şahmat festivalında dördüncü turun görüşləri başa çatıb.

Sportal.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasından "Report"-a bildiriblər ki, üçüncü turda yerli şahmatçı Leonid Nozdraçev üzərində qələbə qazanan təmsilçimiz Rauf Məmmədov bu turda çinli Yunquo Vanqı məğlubiyyətə uğradaraq xal ehtiyatını 3,5-ə çatdırıb. R.Məmmədov turnirin lideri Ernesto İnarkievdən yarım xal geri qalır.

Bu turda qalib gələn Ülvi Sadıqovun 2,5 xalı var. Niyazi Nağdıyev 2, Ülvi Bacarani və Rəvan Əliyev isə hərəyə 1,5 xal toplayıblar.

Qadınların mübarizəsində Səbinə İbrahimova yerli şahmatçı Yelena Semyonova üzərində qələbə qazanıb. Şahmatçımız 3,5 xalla 2-10-cu yerləri bölüşdürsə də, əlavə göstəricilərə görə 8-ci sıradadır.

Digər həmyerlimiz Aydan Höcətova isə 3 xalla 15-ci yerdə qərarlaşıb.

Tələbələr arasında yarışda çıxış edən Günay Məmmədzadə isə 2,5 xalla 4-cü pillədədir.

Uşaqların turnirində Aydın Süleymanlı aktivinə 3 xal yazaraq 19-cu sırada yer alıb. Məhəmməd Muradlı isə 2 xal toplayıb.

Yarış fevralın 8-də başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti