"Rəvan" "Zirə" ilə qarşılaşacaq

23:15 4 Fevral 2015

Yanvarın 27-dən etibarən qış təlim-məşq toplanışını Salyanda davam etdirən "Rəvan" sabah Bakıya dönəcək.

Sportarena.az xəbər verir ki, Bakı klubu hazırlıq prosesini paytaxtda tamamlayacaq.

Ramil Əliyevin rəhbərlik etdiyi kollektiv gündəlik məşqlərlə yanaşı, yoxlama matçları da keçirəcək. Belə ki, "sarı-qırmızılılar" sabah "Sumqayıt"ın əsas komandası ilə üz-üzə gələcəkl. "Bayıl Arena"da baş tutacaq oyun saat 13.00-da start götürəcək.

"Rəvan"nın daha bir yoxlama matçı isə fevralın 13-ə təyin edilib. Rəqib isə I divizion təmsilçisi "Zirə" olacaq. 

Qeyd edək ki, "Rəvan" hazırlıq dönəmində bundan əvvəl 5 yoxlama oyunu keçirib. "Qaradağ Lökbatan"la bərabərə qalan (2:2) "aslanlar", "Şahdağ"a (4:1) MOİK-ə (2:0) qalib gəlib. "Ağsu" ilə 2 dəfə üz-üzə gələn paytaxt klubu "Bayıl Arena"da rəqibini üstələdiyi halda (6:4), Ağsu şəhər stadionunda minimal hesabla uduzub (1:2).

 


Digər xəbərlər

Xəbər xətti