Azərbaycan millisi Rusiya ilə qarşılaşacaq

10:30 5 Fevral 2015

17 yaşadək futbolçulardan ibarət Rusiya millisi Azərbaycana gələcək.

Sportarena.az xəbər verir ki, Avropa çempionatının elit-raunduna hazırlaşan şimallılar fevralda ölkəmizdə təlim-məşq toplanışı keçirəcək.

Mixail Qalaktionovun baş məşqçisi olduğu komanda Valentin Qranatkinin xatirəsinə həsr olunan turnir və Belarusda qatıldığı yarışın ardından hazırlığın 3-cü hissəsini Azərbaycanda keçirmək qərarına gəlib.

Toplanış çərçivəsində Azərbaycan və Rusiya milliləri arasında 2 yoxlama oyunu da keçiriləcək. Bu qarşılaşmaların tarixi hələ dəqiqləşməyib.

 


Digər xəbərlər

Xəbər xətti