Avstriya mətbuatı: "Bu gün Azərbaycanda idman intibah dövrünü yaşayır"

11:59 5 Fevral 2015

Avstriyanın nüfuzlu “Format” həftəlik jurnalında “Enerji nəhəngi idman mühərriki olaraq” sərlövhəli məqalə dərc edilib.

Məqalədə qeyd edilib ki, Xəzər dənizinin sahilində yerləşən Bakı bu il ilk Avropa Oyunlarına, 2016-cı ildə “Formula-1” üzrə Avropa “Qran-pri” yarışlarına və futbol üzrə U-17-lərin Avropa çempionatına, həmçinin “Avro-2020”nin final mərhələsinin bir neçə qarşılaşmasına ev sahibliyi edəcək.

Sportarena.az AzərTAc-a istinadla xəbər verir ki, məqalənin müəllifi qeyd edir ki, bu gün idman Azərbaycanda intibah dövrünü yaşayır. Bunun səbəbi isə Azərbaycan dövlətinin başçısı İlham Əliyevin ölkədə idmanın inkişafına böyük diqqət və qayğı göstərməsidir. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafını nəzərdə tutan Sərəncam imzalayıb.

Yazıda ARDNŞ-in Avstriya nümayəndəliyinin direktoru Gülmirzə Cavadovun “Avro-2016”nın rəsmi sponsoru olaraq, bütün yığma komandalarla birbaşa əlaqələrin qurulması bizim üçün mühüm amildir” fikri diqqətə çatdırılıb.

ARDNŞ-in Avstriya nümayəndəliyinin təşəbbüsü və təqdim etdiyi materiallar əsasında hazırlanmış məqalə oxucular tərəfindən maraqla qarşılanıb.

Avstriyanın nüfuzlu həftəlik nəşrlərindən olan “Format” jurnalı iqtisadi, ictimai-siyasi, mədəniyyət və sosial mövzulara yer ayırır. Jurnalın oxucularının sayı 160 min nəfərdən artıqdır


Digər xəbərlər

Xəbər xətti