AZAL-dan ayrılan futbolçu: "Artıq “Bakı”dayam"

11:21 5 Fevral 2015

Qış fasiləsində AZAL-la yollarını ayıran daha bir futbolçu özünə yeni komanda tapıb.

Sportarena.az xəbər verir ki, “təyyarəçilər”lə vidalaşan Tural Nərimanov karyerasını yenə Premyer Liqada davam etdirəcək.

Gənclər millimizin sabiq üzvü turnir cədvəlində sonuncu pillədə qərarlaşan “Bakı” ilə anlaşıb. Nərimanov özü də əməkdaşımızla söhbətdə xəbəri təsdiqləyib: “Bəli, artıq “Bakı”dayam. Düzdü, hələ rəsmi müqavilə imzalamamışam. Ancaq dəvət etdilər, mən də gəldim. Yəqin ki, mövsümü “Bakı”da keçirəcəm”.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan 26 yaşlı müdafiəçi karyerası ərzində “Karvan” və “Standard” kimi klublarda da çıxış edib.

 


Digər xəbərlər

Xəbər xətti