AZAL son məşqinə çıxdı

13:30 5 Fevral 2015

AZAL Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində “Qəbələ” ilə qarşılaşacaq.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qəbələyə səfər öncəsi komanda Bakıda son məşqini dünən keçirib. Küləkli hava şəraitinə baxmayaraq, futbolçular məşqdə əzmlə çalışıb. Fiziki hazırlığın artırılmasına yönəldilmiş ilk hissədən sonra taktiki-texniki hazırlıq olub. Məşqdə zədəli Eduardo Konseysaodan başqa, hamı iştirak edib.


Digər xəbərlər

Xəbər xətti