SON DƏQİQƏ: “Bakı” “Qarabağ”la oyuna çıxmaya bilər

13:05 5 Fevral 2015

Fevralın 7-də Azərbaycan Premyer Liqasının 20-ci turunun “Qarabağ” – “Bakı” oyunu keçirilməyə bilər.

Sportarena.az qol.az-a istinadən xəbər verir ki, paytaxt klubu üzləşdiyi maddi problemlər səbəbindən futbolçulara maaş verə bilmir. Bu səbəbdən komandanın üzvləri hazırkı vəziyyətdən narazıdır və onlar “Qarabağ”la oyuna çıxmamaq qərarı veriblər.

“Bakı”nın icraçı direktoru Yaşar Seyidov da Qol.Az saytına açıqlamasında matçın baş tutacağı ilə bağlı qəti fikir söyləməyib və ehtiyatlı danışıb.

“Futbolçuları da başa düşmək olar. Onlar maaş almadıqlarına görə narazıdırlar. Oyuna hələ iki gün var. Biz də ümid edirik ki, oyuna qədər futbolçuların maaş məsələsində az da olsa irəliləyiş ola bilər” – deyə Y.Seyidov bildirib.

“Bakı” rəsmisi klubda maddi durumun çox pis olduğunu etiraf edib.

 


Digər xəbərlər

Xəbər xətti