Yığmamız Almaniya və Rusiya ilə eyni qrupa düşdü

13:16 5 Fevral 2015

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Sportarena.az xəbər verir ki, final mərhələsi 2017-ci ildə Polşada baş tutacaq yarışa 12 vəsiqə uğrunda mübarizə aparacaq 52 komanda 9 qrupa bölünüb. Bunlardan 7-də 6, 2-də 5 komanda yer alıb.

İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan millisi də rəqiblərini tanıyıb. Yaşar Vahabzadənin yetirmələri VII qrupa düşüb.

6 komandalı qrupda mübarizə aparacaq millimiz Almaniya, Rusiya, Avstriya, Finlandiya və Farer adalarına rəqib olub. Martın 23-də başlayacaq seçmə mərhələdəki oyunların təqvimi yaxın zamanda müəyyənləşəcək.

Qeyd edək ki, seçmə mərhələdə qrup qalibi olan 9 komanda Polşadakı final mərhələsinə vəsiqə qazanır. İkinci yeri tutanlar arasında ən yaxşı göstəriciyə malik 4 komanda isə pley-offda daha iki vəsiqə uğrunda mübarizə aparacaq.

 


Digər xəbərlər

Xəbər xətti