"Turan Tovuz"da yeni futbolçu

15:41 5 Fevral 2015

"Turan Tovuz" Ruslan Getmanın ardından daha bir futbolçunu da heyətinə qatıb.

Sportarena.az  xəbər verir ki, I Divizion təmsilçisi "Neftçala"dan Ramil Mansurovla müqavilə bağlayıb.

Müqavilənin müddəti 2 illikdir.

Qeyd edək ki, Ramil "İnter"də parlamağı bacarmışdı. "Bankirlər"in əvəzedici komandasında bombardir olan Mansurov əsas komandaya da cəlb olunurdu. Lakin sonradan özünü daha da inkişaf etdirə bilmədiyi üçün "Sumqayıt"a keçməli oldu. "Sumqayıt"da da özünü sbüut edə bilməyincə I Diviizon təmsilçisi "Neftçala"ya üz tutmalı olmuşdu. Görünən budur ki, Neftçalada da ona ehtiyac duyulmadı və indi də "Turan Tovuz"a pənah gətirib.

 


Digər xəbərlər

Xəbər xətti