Azərbaycan Premyer Liqasının 3-cü dövrəsinə "İnter"lə heç-heçə (0:0) ilə başlayan "Sumqayıt" 20-ci turda istirahət edəcək.
Sportarena.az xəbər verir ki, bu səbəbdən Aqil Məmmədovun komandası yoxlama oyunu keçirmək qərarına gəlib.
Belə ki, "Sumqayıt" bu gün "Rəvan"la yoxlama oyunu keçirib. "Bayıl Arena"da keçirilən oyunda elita təmsilçisi 1-ci divizion klubunu 6:3 hesabıyla məğlub edib. Sumqayıtlıların qollarını Murad Ağayev, Orxan Əliyev, Nodar Məmmədov, Aleksandr Çertoqanov və Budaq Nəsirov vurub. Daha bir qolu isə bakılıların oyunçusu öz qapıısna vurub.