Azərbaycan klubu italiyalılarla qarşılaşacaq

16:49 5 Fevral 2015

Fevralın 11-də qadın voleybolçular arasında Çempionlar Liqasının I pley-off mərhələsinin növbəti oyunları keçiriləcək. 

Sportarena.az xəbər verir ki, bu yarşıda ölkəmizi təmsil edən «Azəryol» İtaliyanın «Yamamay» klubu ilə qarşılaşacaq. 

Artıq oyunu idarə edəcək hakimlərin adları da müəyyənləşib. Belə ki, əsas hakim funksiyasını Pyotr Dudek (Polşa) yerinə yetirəcək. Voleybol Mərkəzində təşkil olunacaq prinsipial qarşılaşmada Salvis Kurtiss polşalı hakimə köməklik edəcək.


Digər xəbərlər

Xəbər xətti