Macarıstanın Debretsen şəhərində İştvan Başkainin xatirəsinə həsr olunan ənənəvi boks turnirinə start verilib.
Sportarena.az apasport.az-a istinadən xəbər verir ki, yarışda Azərbaycan milli komandasının üzvləri də mübarizə aparır. Yarışın ilk günündə 3 boksçumuz rinqə çıxıb və hər üç həmyerlimiz yerli idmançılarla qarşılaşıb.
60 kq çəki dərəcəsində çıxış edən ölkə çempionu Elvin İsayev Krizstian Sinko ilə döyüşdən qalib ayrılıb – 3:0.
81 kq çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimov da yarışa qələbə ilə başlayıb. Gənclər arasında Avropa çempionu ilk görüşdə İmre Buqyiki məğlub edib – 2:1.
Fərid Ağamoğlanov (56 kq) isə yarışla erkən vidalaşıb. Boksçumuz Viktor Qaloşa uduzub – 0:3.
Qeyd edək ki, adı çəkilən boksçulardan başqa, yarışda Salman Əlizadə (49 kq), Məsud Yusifzadə (52 kq), Elnur Əliyev (64 kq) və Xaybulla Musalov (75 kq) da mübarizə aparır.