"Neftçi" futbolçusu Ernest Nforu cəzalandırıb.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, kamerunlu futbolçu çempionat oyunları və məşq prosesinə peşəkar səviyyəsindən aşağı yanaşıb, eləcə də klubdaxili intizam qaydalarını pozub.
Buna görə də, məşqçilər korpusunun təqdimatına əsasən hücumçu əvəzedici heyətə göndərilib.