Rusiya yığmasının baş məşqçisi: “Azərbaycanla qarşılaşmalarda müsbət nəticə qazanmaq çətin olacaq”

18:01 5 Fevral 2015

“Püşkatmanın nəticələrinə əsasən, Almaniyanın qrupun favoriti olduğunu demək olar. Ümumilikdə isə səviyyəli qrupa düşmüşük”.

Sportarena.az xəbər verir ki, bu sözləri Rusiya U-21-nin baş məşqçisi Nikolay Pisarev deyib.

Təcrübəli mütəxəssis AVRO-2017-nin seçmə mərhələsinin bu gün keçirilən püşkatmasının nəticəsini dəyərləndirib.

O, Azərbaycan, Almaniya, Finlandiya, Avstriya və Farer adalarının da yer aldığı VII qrupdakı şanslarını açıqlayıb: “Avstriyanın çox güclü komandası var. Onların potensialına da bələdəm. Bu komanda U-20-lərin mundialına yüksəlib. Finlandiyanı “Birlik kuboku”nda gördüm. Skandinaviyalılar layiqli rəqibdi. Farer adaları ev komandasıdı. Çünki ordakı şəraitdə oynamaq həmişə çətin olur. Ənənəvi olaraq, yenə də Azərbaycan yığması ilə qarşılaşmalarda müsbət nəticə qazanmaq çətin olacaq. Hesab edirəm ki, qrupumuzda aşkar autsayder yoxdu. Amma istənilən rəqiblə oynamağa çalışacağıq. Almaniya ilə eyni qrupda olduğumuzdan bizi hesabdan silmək olmaz. Əlbəttə ki, 5 komandalı qrupa düşməyimiz daha yaxşı idi”.

Qeyd edək ki, yığmamız Rusiya ilə evdə baş tutacaq ilk oyununu noyabrın 17-də keçirəcək.

 


Digər xəbərlər

Xəbər xətti