Azərbaycan – Gürcüstan oyununun vaxtı dəyişdirildi

18:29 5 Fevral 2015

19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının Gürcüstanla oyununun vaxtı dəyişdirilib.

Sportarena.az xəbər verir ki, “Bakı”nın təlim-məşq bazasında keçiriləcək qarşılaşmalardan 2-cisinin başlama saatında dəyişiklik edilib.

Belə ki, fevralın 8-də baş tutacaq qarşılaşma əvvəlcədən xəbər verildiyi kimi, saat 17:30-da deyil, saat 15:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan milliləri arasında ilk matç sabah baş tutacaq. Görüş 11:30-da start götürəcək.

 


Digər xəbərlər

Xəbər xətti