Əvəzedicilərin çempionatında XX tura start verilib.
Sportarena.az хəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Neftçi" evdə "Simurq"u 2:1 hesabı ilə yenib. "Qəbələ" isə doğma meydanda AZAL-ı darmadağın edib - 3:0. Hər üç qolu Tellur Mütəllimov vurub.
Qeyd edək ki, turun son iki oyunu sabah keçiriləcək. "Xəzər Lənkəran" "İnter"i, "Qarabağ" "Bakı"nı qəbul edəcək. "Sumqayıt" isə bu turda meydana çıхmayacaq.
Əvəzedici heyətlər
2014/15 mövsümü
III dövrə, XX tur
5 fevral
Neftçi - Simurq 2:1
Qollar: Ernest Nfor, 14. Mirabdulla Abbasov, 51 - Dəyanət Əsilli, 85.
Qəbələ - AZAL 3:0
Qollar: Tellur Mütəllimov, 11; 26; 52.