AFFA rəsmisi erməni klubunda forma geyəcək futbolçunun millimizdə oynamasına razıdır

21:44 5 Fevral 2015

Xəbər verdiyimiz kimi, 21 yaşlılardan ibarət Azərbaycan milli komandasının sabiq üzvü Şamil Qurbanov Ermənistanın “Uliss” klubu ilə razılığa gəlib və böyük ehtimalla karyerasını düşmən ölkədə davam etdirəcək. Bu vəziyyətdə isə onun yenidən Azərbaycan  millisinə dəvət olunması mümkünsüzdür. Amma deyəsən, AFFA-da oturanlar başqa cür düşünür. Onlar belə qənaətdədir ki, əyninə Azərbaycan formasını geyinən birinin Ermənistanda futbol oynamasında heç bir qəbahət yoxdur və həmin futbolçu yenidən millimizə dəvət oluna bilər.

Sportarena.az xəbər verir ki, derbi.az-a açıqlama verən AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlunun dedikləri başqa anlam vermir.

Federasiya rəsmisinin sözlərinə görə, futbolçunun milliyə dəvət olunması məqşçilər korpusunun istəyindən asılıdır: “Futbolçunun hər hansısa kluba keçməsi öz şəxsi seçimidir. Belə məsələlərə biz müdaxilə edə bilmərik. Onun Azərbaycan milli komandasında yenidən çıxış etməsi isə baş məşqçinin istəyindən asılıdır. AFFA heç vaxt baş məşqçinin seçiminə müdaxilə etmir. Azərbaycan millisinin dəvət olunan futbolçulara baş məşqçi və məşqçilər korpusu cavabdehdir”.


Digər xəbərlər

Xəbər xətti