"Çelsi"nin futbolçusu Sesk Fabreqas yaşıl meydanlardan bir müddət də kənarda qalacaq.
Sportarena.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə Liqa kubokunda "Liverpula" qarşı matçda zədələnən ispan oyunçunun tam hazır olması iki həftə vaxt lazımdır.
Bununla da onun İngiltərə Premyer Liqasının 24-cü turunda "Aston Villa"ya qarşı oyunu da buraxacağı dəqiqləşib.
Qeyd edək ki, "Aston Villa" - "Çelsi" matçı fevralın 7-i keçiriləcək.