Premyer Liqanın XX turunda doğma meydanda "İnter”i qəbul edəcək "Xəzər Lənkəran” hazırlığın əsas mərhələsini başa vurub.
Sportarena.az 12cioyuncu.az-a istinadən xəbər verir ki, komanda dünən stadionun əsas meydançasında məşqə çıxıb. Bir saatdan çox sürən məşq prossesi bütövlüklə taktiki çalışmalardan ibarət olub. Məşqin qalan hissəsində isə komanda üzvləri müəyyən cizgilər üzərində düzülərək kollektiv şəkildə müdafiədən sürətlə hücuma keçmək və eyni qaydada da geri çəkilmək üzərinə qurulan hazırlıqla məşğul olublar.