Xərçəng xəstəsi olan futbolçu bir il daha yaşıl meydanlarda olacaq

12:41 6 Fevral 2015

Almaniyanın 2-ci Bundesliqasında çıxış edən "Union Berlin" klubu onkoloji xəstəlikdən əziyyət çəkən futbolçu Bencamin Kölerlə yeni müqavilə bağlayıb.

Sportarena.az xəbər verir ki, mədəsində bədxassəli şiş aşkarlanan 25 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2015-ci ilin yayında bitirdi.

Yeni müqavilə isə bir il daha uzadılaraq 2016-cı ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Bencamin Köler "Union Berlin"də keçirdiyi 2 mövsüm ərzində  çıxış etdiyi 49 oyunda 6 qol vurmağı bacarıb.

 


Digər xəbərlər

Xəbər xətti